PSJ-nin yeni baş məşqçi namizədi - MƏŞHUR SİMA

27 May 2023 12:00 Fransa 942
PSJ-nin yeni baş məşqçi namizədi - MƏŞHUR SİMA

Kristof Qaltyeni istefaya göndərməyə hazırlaşan PSJ-nin yeni baş məşqçi namizədi bəllidir.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi komandanın "sükan"ı arxasına Zinedin Zidanı gətirməyi planlaşdırır.

Klubun prezidenti Nasser Əl Xelaifi 50 yaşlı mütəxəssisə yüksək məbləğdə maaş ödəməyə hazırdır.

Zidanın PSJ ilə ilk danışıqlarının müsbət yekunlaşdığı bildirilir.

Zinedin Zidan 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi