Messiyə edilən təklif - 1+1 şərti ilə illik 100 milyon avro maaş

26 May 2023 15:40 Fransa 550
Messiyə edilən təklif - 1+1 şərti ilə illik 100 milyon avro maaş

PSJ rəhbərliyi hücumçu Lionel Messini heyətində saxlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, parislilər argentinalıya 1+1 şərti ilə illik 100 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır.

Messinin PSJ ilə hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.

Daha əvvəl onun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variantların “Barselona” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olduğu bildirilirdi.

35 yaşlı argentinalı forvard bu mövsüm klubda bütün turnirlərdə 39 oyuna çıxıb, 20 qol vurub və 20 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti