
PSJ-nin ulduzu Kilian Mbappe klubdan ayrılmasa, böyük məbləğdə bonus alacaq.
Sportinfo.az xəbər verir ki, hücumçu bu yay Paris təmsilçisində qalsa, 90 milyon avro bonus alacaq.
Kilianın PSJ-dən narazı olduğu qeyd edilir. Keçən yay klubun transfer bazarındakı işi onu qane etməyib.
Bu, təkcə komandaya gələn oyunçularla bağlı deyil, klubu tərk edənlərə də aiddir.
Üstəlik, Mbappeni PSJ-nin mövsüm başlamazdan əvvəl ona lazım olan bonusu ödəməməsi də əsəbiləşdirib.
Fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində 41 oyunda 40 qol vurub.