Mbappe PSJ-ni çempionluğa bir addım da yaxınlaşdırdı - VİDEO

22 May 2023 10:00 Fransa 584
Mbappe PSJ-ni çempionluğa bir addım da yaxınlaşdırdı - VİDEO

Fransa Liqa 1-də 36-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bağlanış matçında lider PSJ “Oser”in qonağı olub.

Qarşılaşma Paris klubunun qələbəsi ilə başa çatıb - 2:1.

PSJ-nin qollarını Kilian Mbappe vurub. “Oser”in heyətində isə Sinayoko fərqlənib.

Paris klubu xallarını 84-ə çatdırıb və vahid liderdir.

Ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyən PSJ-yə çempionluq üçün son iki turda bir xal kifayət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti