Braziliyalı PSJ-də qalacaq.- 2028-ci ilin yayına kimi

21 May 2023 01:30 Fransa 612
Braziliyalı PSJ-də qalacaq.- 2028-ci ilin yayına kimi

PSJ müdafiəçisi Markinyosun müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin yayına kimi PSJ-də qalacaq.

29 yaşlı kapitan PSJ-də 2013-cü ildən çıxış edir. O, Paris təmsilçisində 405 oyuna çıxıb, 38 qol vurub.

Daha öncə “Roma” və “Korintians”da da oynamış müdafiəçi Braziliya yığmasında da 76 oyuna çıxıb, 5 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti