
“Olimpik”in (Marsel) yarımmüdafiəçisi Dmitri Payet beş oyunluq cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, buna 36 yaşlı futbolçunun “Lans”a uduzduqları Liqa 1-in 34-cü tur matçında rəqibin məşqçisi Yannik Kauzakı sillə ilə vurması səbəb olub.
Qarşılaşma Marsel təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.