Messini fitə basdılar, Mbappe gurultulu alqışlarla qarşılandı

15 May 2023 00:20 Fransa 440
Messini fitə basdılar, Mbappe gurultulu alqışlarla qarşılandı

PSJ azarkeşləri Lionel Messini fitə basıblar.

Sportinfo.az xəbər verir ki, komanda Liqa 1-in 35-ci turu çərçivəsində “Ayaçço” ilə qarşılaşır.

Stadiondakı diktor isinmə hərəkətləri zamanı komandaların heyətini açıqlayarkən Paris klubunun azarkeşlərindən bəziləri argentinalı hücumçuya öz etirazını bildirib.

Bir neçə saniyə sonra açıqlanan Kilian Mbappenin adı isə gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək 3 xalı təmin edib - 5:0.

Digər Xəbərlər
Xəbər Lenti