PSJ-dən beş qol buraxdı, Liqa 1-i tərk etdi - VİDEO

14 May 2023 10:40 Fransa 659
PSJ-dən beş qol buraxdı, Liqa 1-i tərk etdi - VİDEO

Fransa Liqa 1-nin lideri PSJ “Park de Prens” arenasında “Ayaçço”nu qəbul edib.

Sportinfo.az xəbər verir ki, 35-ci turun bu matçında üstün tərəf ev sahibi komanda olub.

Paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək 3 xalı təmin edib - 5:0.

Oyun həmçinin hər iki komandanın qarşılaşmanı 10 nəfərlə bitirməsilə yadda qalıb. Belə ki, parislilərdən Hakimi, qonaqlardan isə Manqani meydandan qovulub.

Qələbə sayəsində PSJ xalını 81-ə çatdıraraq liderliyini möhkəmləndirib.

“Ayaçço” isə 23 xalla 18-ci yerdə qərar tutaraq Liqa 1-də qalmaq şansını itirib.

Digər Xəbərlər
Xəbər Lenti