PSJ-dən qələbə - VİDEO

8 May 2023 01:40 Fransa 368
PSJ-dən qələbə - VİDEO

Fransa Liqa 1-də 34-cü tura yekun vurulub.

Sportinfoz xəbər verir ki, bağlanış matçında lider PSJ “Trua”nın qonağı olub.

Matç Paris klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 8-ci dəqiqədə Kilian Mbappe PSJ-ni hesabda irəli keçirib.

59-cu dəqiqədə Vitinya ikinci qolu vurub. Xavier Şavalerin 83-cü dəqiqədə fərqi azalsa da, 3 dəqiqə sonra Fabian Ruis 3-cü topu vurub.

PSJ hazırda 78 xalla vahid liderdir. Sona 4 tur qalmış komanda ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyir.

Digər Xəbərlər
Xəbər Lenti