Messi ilə müqavilə imzalamağa hazırdır? - PSJ

7 May 2023 20:00 Fransa 354
Messi ilə müqavilə imzalamağa hazırdır? - PSJ

PSJ hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Klub rəhbərliyi argentinalı futbolçunun nümayəndələrinə cəlbedici təklif göndərib.

Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır.

35 yaşlı hücumçu daha əvvəl Fransa çempionatının 33-cü turu çərçivəsində səfərdə “Loryan”a uduzduqları oyundan (1:3) sonra Səudiyyə Ərəbistanına yollanıb.

Sonradan məlum olub ki, Messinin gedişinə PSJ rəhbərliyi icazə verməyib. Futbolçu iki həftəlik oyunlardan və məşqlərdən kənarlaşdırılıb.

Messi mayın 5-də Səudiyyə Ərəbistanına səfərə görə komanda yoldaşlarından üzr istədiyi video yayımlayıb.

O, bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti