
PSJ-nin braziliyalı hücumçusu Neymar klubu tərk etməyə hazır olduğunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçu yay transfer pəncərəsində ayrıla bilər.
Martın 11-də məlum olub ki, Paris komandası 2023-cü ilin yayında hücumçu ilə ayrılmaq istəyir.
Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir.