Üzr VİDEOsu yayıldı

6 May 2023 00:20 Fransa 506
Üzr VİDEOsu yayıldı

Argentina millisinin futbolçusu Lionel Messi PSJ tərəfindən cəzalandırıldıqdan sonra komanda yoldaşlarından üzr istəyib.

Sportinfo.az xəbər verir ki, Messi bununla bağlı instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, Səudiyyə Ərəbistanına getməsini öncədən planlaşdırdığı üçün bunu ləğv etməsinin mümkün olmadığını deyib:

“Mən həmişə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşündüm. Bu səfəri mən təşkil etmişdim və onu ləğv edə bilməzdim.

Əvvəllər bunu ləğv etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə nə etmək istədiyini gözləyirəm”.

Lionel Messi matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti