"Dünyanın ən yaxşı oyunçusu olmaq istəyirsə, PSJ-dən getməlidir"

2 May 2023 10:00 Fransa 318
"Dünyanın ən yaxşı oyunçusu olmaq istəyirsə, PSJ-dən getməlidir"

Fransa millisinin heyətində 1998-ci il dünya çempionu olan Emmanuel Peti bildirib ki, PSJ-nin hücumçusu Kilian Mbappe dünyanın ən yaxşı futbolçusu olmaq və Çempionlar Liqasını qazanmaq istəyirsə, Paris klubunu tərk etməlidir.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi Mbappenin hələ də “Real”a keçmək variantının oluğunu deyib:

“Mbappe Çempionlar Liqasını qazanmaq, dünyanın ən yaxşı oyunçusu olmaq və “qızıl top”a sahib olmaq istəyirsə, məncə, PSJ-dən getməlidir.

İnanıram ki, “Real”ın qapısı onun üçün hələ də açıqdır, amma bəlkə də, iki il əvvəlki qədər geniş deyil”.

Mbappe keçən il “Real”a keçə bilərdi, lakin PSJ ilə müqaviləsini uzatmağa qərar verdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!