“Kimin ağlına gələrdi ki…” – Messidən MARAQLI ETİRAF

2 May 2023 00:10 Fransa 555
“Kimin ağlına gələrdi ki…” – Messidən MARAQLI ETİRAF

PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkədə Səudiyyə Ərəbistanı ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu paylaşımında belə yazıb:

“Kimin ağlına gələrdi ki, Səudiyyə Ərəbistanında bu qədər yaşıllıq var? Hər fürsətdə onun gözlənilməz gözəlliyini kəşf etməyi sevirəm”.

35 yaşlı Messi Səudiyyə Ərəbistanının səfiridir.

Keçmiş klubu “Barselona”nın Messiyə 2025-ci ilin yayına qədər nəzərdə tutulan, mövsümə 25 milyon avro maaşla müqavilə təklif etdiyi bildirilir.

35 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti