
PSJ "Lill"in forvardı Conatan Devidi heyətinə qatmaq istəyir.
Sportinfol.az xəbər verir ki, "Lill" Paris klubundan kanadalı hücumçu üçün 65 milyon avro tələb edir.
23 yaşlı Devid bu mövsüm Liqa 1-də 31 matça çıxıb və 21 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
2000-ci il təvəllüdlü futbolçu 2020-ci ildə "Gent"dən "Lill"ə keçmişdi.