Premyer Liqa klubu “Monako”nun müdafiəçisini transfer edəcək?

28 Aprel 2023 00:20 Fransa 410
Premyer Liqa klubu “Monako”nun müdafiəçisini transfer edəcək?

“Monako”nun müdafiəçisi Vanderson “Mançester Yunayted”ə keçə bilər.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı braziliyalını transfer etmək üçün təklif hazırlayırlar.

Vanderson 2022-ci ilin yanvarından Liqa 1 klubunda çıxış edir.

Cari mövsümdə o, “Monako”nun heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti