"Haqqımda yazılanlar, dediyim iddia olunan sözlər məni şoka saldı"

26 Aprel 2023 01:40 Fransa 282
"Haqqımda yazılanlar, dediyim iddia olunan sözlər məni şoka saldı"

İrqçilik və dini ayrı-seçkilikdə ittiham olunan PSJ-nin baş məşqçisi Kristof Qaltye açıqlama verib.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis bu iddiaları eşitdikdən sonra şoka düşdüyünü bildirib:

"Çətin günlər idi. Bu iddialardan sonra şoka düşdüm. Buna görə də işimə kökləndim, sadəcə olaraq komanda ilə çalışdım.

Komanda ilə işləmək mənə yaxşı təsir etdi. Haqqımda yazılanlar, dediyim iddia olunan sözlər məni şoka saldı.

Mən din, rəng ayrı-seçkiliyi etmədən başqalarına həmişə hömətlə yanaşan bir ailədə böyümüşəm.

Bütün həyatımı başqaları ilə birlikdə paylaşaraq yaşamışam. Adımın və ailəmin bu cür ləkələnməsini qəbul edə bilmərəm".

Fransa mətbuatı Kristof Qaltyenin "Nitsa"da çalışarkən klubun idman direktoruna qaradərili və müsəlman futbolçularla işləmək istəmədiyi dediyini iddia etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti