
PSJ-nin futbolçuları hazırda icarə əsasında “Yuventus”da forma geyinən Leandro Paradesin Liqa 1 təmsilçisinə qayıtmasını istəmirlər.
Sportinfo.az xəbər verir ki, onlar “qoca sinyora” ilə görüşdə paytaxt klubunun oyunçusu Serxio Ramosla yaşanan münaqişədən sonra argentinalı yarımmüdafiəçi ilə eyni paltardəyişmə otağını bölüşmək niyyətində deyillər.
PSJ-nin hücumçusu Kilian Mbappe həmin məsələdə Ramosu dəstəkləyir.
Paradesin Turin təmsilçisi ilə sözləşməsi 2024-cü ilin yayında başa çatacaq. Öncədən 28 yaşlı futbolçunun Paris klubuna qayıdacağı bildirilirdi.
Leandro cari mövsümdə “Yuventus”un heyətində 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.