
PSJ Neymarla yollarını ayırmağı planlaşdırır.
Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçunu yayda satmaq istəyir.
31 yaşlı futbolçu ilə "Çelsi" və başqa bir ingilis klubunun maraqlandığı bildirilir.
PSJ Neymarı 2017-ci ilin yayında "Barselona"dan transfer edib. Braziliyalı millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.