
Fransa Liqa 1-də XXII tura start verilib.
Sportinfo.az xəbər verir ki, açılış oyununda lider PSJ autsayder “Anje”nin qonağı olub.
Matç parislilərin qələbəsi ilə başa çatıb - 2:1
PSJ-nin hər iki qolunu Kilian Mbappe vurub. O, 9 və 26-cı dəqiqələrdə fərqlənib.
Meydan sahiblərinin yeganə qolunu 87-ci dəqiqədə Sada Tiub vurub.
Qələbə sayəsində xallarını 75-ə çatdıran PSJ vahid liderdir.
Komanda bir oyun az keçirən ən yaxın izləyicisi “Marsel”i 11 xal üstələyir. “Anje” 14 xalla sonuncu - 20-cidir.