Neymarın 3-4 ay oynamayacağı gözlənilir

21 Aprel 2023 21:40 Fransa 316
Neymarın  3-4 ay oynamayacağı gözlənilir

PSJ-nin braziliyalı futbolçusu Neymar aprelin sonuna kimi Paris klubunun düşərgəsinə yerinə qayıtmalıdır.

Sportinfo.az xəbər verir ki, hazırda Braziliyada olan Neymar Parisə gələcək və Fransa paytaxtında bərpa prosesini keçəcək.

Belədə, o, növbəti mövsümə hazırlaşacaq. PSJ daha əvvəl Neymarın diz bağındakı zədə səbəbindən bu mövsüm oynamayacağını açıqlamışdı.

Onun 3-4 ay oynamayacağı gözlənilir. 31 yaşlı yarımmüdafiəçi bu mövsüm PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.

Braziliyalının Paris klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti