Tanınmış məşqçi həbs oluna bilər - İttiham sübuta yetirilsə

19 Aprel 2023 21:40 Fransa 460
Tanınmış məşqçi həbs oluna bilər - İttiham sübuta yetirilsə

Fransanın PSJ klubunun baş məşqçisi Kristofer Qaltye həbs edilə bilər.

Sportinfo.az xəbər verir ki, buna 57 yaşlı mütəxəssisin irqçi ifadələr işlətməsi səbəb olub.

İddialara görə Qaltye "Nitsa"da işləyərkən idman direktoruna deyib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.

Müstəntiqlər sözügedən klub prezidenti Jan-Pyer Riveranın ifadəsini alıblar. Yaxın vaxtlarda digər rəsmi şəxslər də dindiriləcək.

İttiham sübuta yetirilsə, baş məşqçi üç il azadlıqdan məhrum olacaq və 45 min avro cərimə ödəyəcək.

Kristofer Qaltye də iddialarla bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Artıq aprelin 14-də Nitsa prokurorluğu ilkin araşdırmaya start verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"