Messi Ronaldonu haqqladı - Bu göstəricidə

16 Aprel 2023 15:40 Fransa 672
Messi Ronaldonu haqqladı - Bu göstəricidə

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxş edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, evdə "Lans"a 3:1 hesabı ilə qalib gəldikləri çempionat oyununda fərqlənən argentinalı hücumçu Top-5 liqalarda 495-ci qolunu vurub.

36 yaşlı forvard bu göstəriciyə 572 matçda çatıb. Qollardan 103-ü penalti zərbəsindən vurulub.

Ronaldu isə 495 qola 626 liqa görüşündə imza atıb. Portuqaliyalı futbolçu bunların 148-ni 11 metrlik cərimı zərbəsindən vurub.

Digər Xəbərlər
Xəbər Lenti