Messi gələcəyi ilə bağlı danışdı: "Tanrı necə istəsə, elə olacaq"

14 Aprel 2023 21:20 Fransa 1 091
Messi gələcəyi ilə bağlı danışdı:

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu qatıldığı bir reklam çəkilişi zamanı gələcəklə bağlı qərar qəbul etmədiyini bildirib:

"Gələcəyin mənə nələr gətirəcəyini bilmirəm. Bu barədə xəyal qurmağı və düşünməyi sevirəm.

Amma necə olacağını həqiqətən bilmirəm. Hər şey olmalı olduğu kimi də olacaq. Yəni, Tanrı necə istəsə, elə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti