Tanınmış klubun baş məşqçisinə 5000-ə yaxın zəng və mesaj gəldi – ÖLÜM TƏHDİDİ!

13 Aprel 2023 00:20 Fransa 429
Tanınmış klubun baş məşqçisinə 5000-ə yaxın zəng və mesaj gəldi – ÖLÜM TƏHDİDİ!

PSJ-nin baş məşqçisi Kristof Qaltye futbol azarkeşləri tərəfindən ölümlə hədələnib.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun “Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söyləməsidir.

Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Bununla bağlı PSJ məşqçi və onun ailəsini mühafizə altına alıb.

Mütəxəssis onun haqqında səsləndirilən “təhqir və böhtan xarakterli ifadələr”lə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. O, artıq bu barədə PSJ-yə xəbərdarlıq edib .

Paris klubu da bu məsələ haqda öz araşdırmasını aparır.

Daha əvvəl Qaltyenin sözügedən ifadələri işlətdiyi təsdiq olunacağı təqdirdə, PSJ-nin çalışdırıcını istefaya gönədiləcəyi bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti