Oruc tutan tanınmış futbolçunun ayaqları qıc oldu, sonra…

11 Aprel 2023 01:30 Fransa 350
Oruc tutan tanınmış futbolçunun ayaqları qıc oldu, sonra…

"Monpelye"nin müsəlman müdafiəçisi Mamadu Sako susuzluqdan yaranan ayağındakı qıcolma səbəbindən Fransa Liqa 1-in 30-cu turunda "Tuluza" ilə matçın 78-ci dəqiqəsində (1:2) əvəzlənib.

Sportinfo.az xəbər verir ki, seneqaləsilli fransalı müdafiəçi Ramazan ayında oruc tutduğu üçün susuz qalıb.

Bu səbəbdən onun hər iki baldırında sancılar yaranıb və oyunçu əvəzlənib.

Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında keçirilən matçlarda müsəlman futbolçular üçün fasilə verilməsinə qarşı çıxıb.

Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə fasilələrin tətbiqi qərara alınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti