Messi bu qolla Ronaldunu geridə qoydu, PSJ qazandı - VİDEO

9 Aprel 2023 10:15 Fransa 661
Messi bu qolla Ronaldunu geridə qoydu, PSJ qazandı - VİDEO

Fransa Liqa 1-də XXX turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, lider PSJ “Nitsa”nın qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

Paris təmsilçisinin qollarını Lionel Messi və Serxio Ramos vurublar.

Matçda hesabı açan Messi Avropanın böyük beşlik liqalarında qollarının sayını 702-yə çatdırıb. Bununla o, Kriştianu Ronaldunu geridə qoyub.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı 701 dəfə fərqlənib. Messi bu saya Ronaldudan 105 oyun az keçirməklə çatıb.

Paytaxt təmsilçisi 69 xalla vahid liderdir və ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyir. “Nitsa” isə 45 xalla 8-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"