Son 2 oyunda uduzan komandanın məşqinə gəldi - Prezident

7 Aprel 2023 22:00 Fransa 312
Son 2 oyunda uduzan komandanın məşqinə gəldi - Prezident

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın məşqində şəxsən iştirak edir.

Parislilər aprelin 8-də Fransa çempionatında “Nitsa” ilə keçiriləcək oyuna hazırlaşır.

Sportinfo.az xəbər verir ki, cümə günü klub rəhbəri komandanın təlim-məşq bazasına gəlib.

Əl-Xələfi komandanın qarşıdakı oyun öncəsi məşqində iştirak edib. O, məşq zamanı klubun idman direktoru Luis Kamposla danışıb.

PSJ Liqa 1-də keçirdiyi son iki matçda məğlub olub – “Renn” (0:2) və “Lion” (0:1).

Digər Xəbərlər
Xəbər Lenti