“Əlvida, Messi! Vidalaşmağın vaxtı çatıb”

7 Aprel 2023 15:20 Fransa 4 365
“Əlvida, Messi! Vidalaşmağın vaxtı çatıb”

Fransalı jurnalist Daniel Riolo PSJ-nin hücumçusu Lionel Messini tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, argentinalı hücumçunun Paris klubunda yaddaqalan performans sərgiləmədiyini söyləyib:

“PSJ azarkeşləri, Messi ilə bağlı yadınızda hansısa xatirə qalıb? Məncə, heç nə qalmayıb. Hər şey sıfıra bərabərdir. Lionel klub üçün nə etdi? Yalnız bir neçə qol vurdu.

Əlvida, Messi! Vidalaşmağın vaxtı çatıb. Şübhəsiz ki, sən dünyanın ən yaxşılarından birisən”.

Son dünya çempionu 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Messi 2022/23 mövsümündə paytaxt təmsilçisinin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti