"Bu videonun yayımlanması ilə razı deyiləm" - TƏNQİD ETDİ

7 Aprel 2023 01:40 Fransa 342
"Bu videonun yayımlanması ilə razı deyiləm" - TƏNQİD ETDİ

PSJ-nin hücumçusu Kilian Mbappe komandanın yeni reklam çarxını şərh edib.

Sportinfo.az xəbər verir ki, futbolçu bu haqda sosial şəbəkədə məlumat paylaşıb.

“Mən indicə 2023/2024 mövsümündə klub abunəliyinin yenilənməsi üçün təqdimat videosuna baxdım. Bu videonun yayımlanması ilə razı deyiləm.

Ona görə də fərdi imicimlə bağlı hüquqlar uğrunda mübarizə aparıram. PSJ böyük klub və böyük ailədir, bu “Kilian Sen Jermen” deyil. Sevgilərlə, Kilian Mbappe”.

PSJ klubun abonement sahibləri üçün onları yeniləməyə çağıran video yayımlayıb. Bu videoda komandadan yalnız Mbappe təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı