Messi ərəblərin 400 milyon avroluq təklifini rədd etdi

6 Aprel 2023 00:20 Fransa 571
Messi ərəblərin 400 milyon avroluq təklifini rədd etdi

Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Daha əvvəl məlum olmuşdu ki, “Əl-Hilal” PSJ-nin hücumçusuna illik 400 milyon avrodan yuxarı maaşla müqavilə təklif edib. Lakin argentinalı forvard bu təklifdən imtina edib.

35 yaşlı hücumçu ilə onun sabiq klubu “Barselona” da danışıqlar aparır.

Messinin Paris klubu ilə müqaviləsi bu mövsümün sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti