22 il idi belə aqibətlə üzləşmirdi - Avropanın məşhur klubu

4 Aprel 2023 12:20 Fransa 404
22 il idi belə aqibətlə üzləşmirdi - Avropanın məşhur klubu

PSJ Liqa 1-in 29-cu turunda Lion “Olimpik”i ilə ev oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu məğlubiyyət nəticəsində Paris təmsilçisi 22 ildən sonra uğursuzluğu təkrarlayıb.

Belə ki, hazırkı ölkə çempionu cari ildə keçirdiyi 18 oyunun 8-də məğlub olub.

Parislilər son olaraq 2001-ci ildə eyni aqibəti yaşamışdılar. Həmin vaxt komanda ilk 18 görüşün 9-da yenilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti