Millinin baş məşqçisi ona “yalançı” deyən jurnalisti məhkəməyə verdi

3 Aprel 2023 15:40 Fransa 289
Millinin baş məşqçisi ona “yalançı” deyən jurnalisti məhkəməyə verdi

Fransa millisinin baş məşqçisi Didye Deşam RMC-nin jurnalisti Daniel Riolonu məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, buna səbəb mütəxəssisin Kərim Benzemanın DÇ-2022-yə getməyəcəyini açıqlamasından sonra jurnalistin onun əleyhinə “yalançı” və “manipulyator” kimi ifadələr işlətməsidir.

“Deşamın tənqid, hətta sərt tənqidlə problemi yoxdur. Ancaq burada onun ədəb və dürüstlüyü şübhə altına alınır.

Riolo “yalançı” və “manipulyator” ifadələrini işlədib. Bunlar qəbuledilməz sözlərdir”, - Deşamın vəkili bildirib.

Benzema Qətərdəki dünya çempionatı başlamazdan əvvəl zədələnib və komandanın düşərgəsini tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti