"Messi və klubun nə qərar verəcəyi məxfidir”

3 Aprel 2023 12:00 Fransa 318
"Messi və klubun nə qərar verəcəyi məxfidir”

PSJ-nin baş məşqçisi Kristof Qaltye klubun Lionel Messi ilə yeni müqavilə üçün danışıqlar apardığını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Biz Luis Kampos və rəhbərliklə gələn mövsüm nələrin baş verəcəyi üzərində işləyirik. İnsanların daha rəqabətədavamlı olmaq üçün nəyi təkmilləşdirməli olduğumuza dair müxtəlif fikirləri var.

Hazırda iki tərəf arasında danışıqlar aparılır. Şəxsən mən bütün diqqətimi Liqa 1 çempionu olmaq üçün qarşıdakı 10 oyuna yönəltmişəm. Messi və klubun nə qərar verəcəyi məxfidir”.

Argentinalı hücumçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!