Messi az qazandı, Mbappenin aylıq gəliri dodaq uçuqlatdı

2 Aprel 2023 10:00 Fransa 325
Messi az qazandı, Mbappenin aylıq gəliri dodaq uçuqlatdı

Fransa 1-ci Liqasında ən yüksək maaş rəqəmləri yerli mətbuat tərəfindən açıqlanıb.

Sportinfo.az xəbər verir ki, birinci yerdə aylıq ümumi gəliri 6 milyon avro ilə Kilian Mbappe, ikinci yerdə isə 3,675 milyon avroluq ümumi aylıq məvaciblə Neymar qərarlaşıb.

Üçüncü yeri 3 milyon 375 milyon avro ilə Lionel Messi tutub.

Kilian Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ildə başa çatacaq. Əgər bu müddət ərzində o, klubdan ayrılmasa hər mövsümün əvvəli 72 milyon avro əlavə bonus qazanacaq.

Ümumilikdə 180 milyon avro “sədaqət” bonusu ilə yanaşı, Mbappe birinci il üçün əlavə 70 milyon avro, ikinci il üçün 80 milyon avro və üçüncü il üçün 90 milyon avro qazanacaq.

Mbappe PSJ ilə 2025-ci ildə müqaviləsini başa vursa, ümumilikdə 630 milyon avro ilə adını tarixə yazacaq.

24 yaşlı fransız ulduz bu maaşla dünya tarixində öz klubundan ən yüksək maaş alan futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti