Fransa Futbol Federasiyas müsəlman futbolçulara QADAĞA QOYDU - Ramazana görə

1 Aprel 2023 01:40 Fransa 372
Fransa Futbol Federasiyas müsəlman futbolçulara QADAĞA QOYDU - Ramazana görə

Fransa Futbol Federasiyasının (FFF) Hakimlər Komissiyası Liqa 1 hakimlərinə elektron məktub göndərərək, müsəlmanların müqəddəs Ramazan ayında oyunlarda fasilələrə qadağa qoyulduğunu elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Federasiya Ramazan ayında oyun fasilələri ilə bağlı qadağaları diqqətə çatdırıb. Bu fasilələr federasiyanın nizamnaməsinin müddəalarına uyğun gəlmir.

Federasiya və onun orqanları dövlətin həvalə etdiyi ictimai xidmət missiyasına cavabdehdir,

Fransa Respublikasının əsas dəyərlərini qoruyur və hansısa ayrı-seçkiliyin və ya fərdin ləyaqətinə, xüsusən də, siyasi və dini mənsubiyyətinə görə təhqirin qarşısını almalıdır.

Bu müddəaları pozan hər bir şəxs intizam və ya qanuni məsuliyyətə cəlb olunacaq. Hər hansı siyasi, ideoloji, dini və ya həmkarlar ittifaqı çıxışları qadağandır” – məktubda deyilir.

“Ekip” nəşri daha əvvəl Ramazan ayında oruc tutan futbolçular üçün Fransa çempionatında fasilə verilməsinin planlaşdırılmadığını yazmışdı.

“Sky Sports”un məlumatına görə isə, İngiltərə Premyer Liqasında belə fasilələr tətbiq olunacaq. Artıq Premyer Liqa hakimləri müvafiq tövsiyələr alıblar.

Digər Xəbərlər
Xəbər Lenti