Messi PSJ-də qalacaq?

30 Mart 2023 18:20 Fransa 481
Messi PSJ-də qalacaq?

Lionel Messi PSJ ilə müqaviləsini uzatmaq qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı argentinalı Paris klubu ilə müqaviləni 2024-cü ilə qədər uzadacaq.

Növbəti mövsümün sonunda isə o, MLS-ə keçəcək və orada “İnter Mayami” klubu ilə müqavilə imzalayacaq.

Messi hesab edir ki, Şimali Amerikaya getmək ona 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşmağa imkan verəcək.

Hücumçunun PSJ ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!