
İtaliya millisinin baş məşqçisi Roberto Mançini PSJ-ni çalışdırmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Il Messaggero” məlumat yayıb.
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis karyerasında yeni mərhələyə başlamaq imkanlarını nəzərdən keçirir.
Mançini klub səviyyəsində Sankt-Peterburqun “Zenit”, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Latsio” və “İnter” klublarında çalışıb.