
Fransa milli komandasının yarımmüdafiəçisi Adrien Rabyo AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun İrlandiya ilə matçını (1:0) dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, asan qələbə qazanmadıqlarını bildirib:
“Biz işimizi gördük. İrlandiyaya hörmət edirik. Onlarla meydanda döyüşəcəyimizi bilirdik. Qələbə qazana bildik.
Niderlandla matç fərqli idi. Evdə, azarkeşlərimizin qarşısında oynayırdıq. İrlandiya millisi müdafiədə daha yaxşı çıxış etdi. Asan qələbə qazanmadıq”.
Fransa millisi hazırda B qrupunda 6 xalla birinci, İrlandiya isə 0 xalla dördüncüdür.