
Fransalı yarımmüdafiəçi Orelyen Tuçameni yığma komandada kapitan sarğısı verilməyən Antuan Qrizmanın oyununu şərh edib.
Sportinfo.az xəbər verir ki, o, millidəki komanda yoldaşının paltardəyişmə otağında lider olduğunu deyib:
“Qrizmann komandamıza çox şey verir. O, millinin paltardəyişmə otağında liderlərdən biridir”.
Fransa millisinin yeni kapitanı Kilian Mbappedir.
Fransa yığması bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə İrlandiya ilə qarşılaşacaq.