
Fransanın hücumçusu Kilian Mbappe AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Niderlandla qarşılaşmasını (4:0) dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, görüşə ciddi hazırlaşdıqlarını bildirib:
“Azarkeşlərimizi məyus etməmək üçün bütün həftə səylə hazırlaşdıq. DÇ-2022-dən sonra ilk dəfə evdə oynadıq.
Qaldığımız yerdən davam etmək istəyirik. Bu, ilk uğurlu addımdır. Qrupda etməli olduğumuz çox iş var”.
PSJ-nin forvardı “Yığmanın kapitanı kimi ilk matç necə keçdi” sualını belə cavablandırıb:
“Yaxşı idi. Qol vuraraq komandama kömək edirəm. Bu oyunda da fərqlənə bildim. Bu, başlanğıc idi. Ən çətin oyunlar qarşıdadır”.
Fransa millisi hazırda B qrupunda 3 xalla birinci, Niderland isə 0 xalla sonuncudur.