
Fransa millisinin hücumçusu Kilian Mbappe yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci pilləyə yüksəlib.
Sportinfo.az xəbər verir ki, o, buna Avro-2024-ün seçmə mərhələsində Niderlandla matçda (4:0) dubl etməklə nail olub.
Millidəki qollarının sayını 38-ə yüksəldən Mbapepe Kərim Benzemanı (37 qol) geridə qoyaraq 5-ci pilləyə yüksəlib.
Bu siyahıda ilk pillədə 53 qolla Olivye Jiru qərarlaşıb.