“Kapitan olmadığı üçün məyus olub, mən onu başa düşürəm”

25 Mart 2023 10:20 Fransa 433
“Kapitan olmadığı üçün məyus olub, mən onu başa düşürəm”

Fransanın hücumçusu Kilian Mbappe ideal kapitanın necə olması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Fransa yığmasının yeni kapitanı seçilən Mbappe bu məsələdə üç məqamı xüsusilə vurğulayıb:

“Yaxşı kapitan bütün diqqətini komandaya yönəldən, futbolçuları ətrafında birləşdirən və liderlik etməyi bacaran insandır.

Məni çox adam təbrik etdi. Komanda yoldaşlarıma özlərini rahat ifadə etmək imkanı vermək istəyirəm.

Antuan Qrizmannla kapitanlıq haqda danışdım. Kapitan olmadığı üçün məyus olub, onu başa düşürəm.

Mən də eyni reaksiyanı verərdim. O, Fransa yığmasının Didye Deşam dövrünün ən önəmli oyunçusudur. Biz birlikdə qələbələr qazanmağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti