
“Liverpul”un və Fransa millisinin futbolçusu İbrahima Konate PSJ-nin hücumçusu Kilian Mbappenin yığma komandada yeni kapitan təyin olunması haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, yığmasının çalışdırıcısı Didye Deşamın qərarından məmnun olduğunu bildirib:
“Baş məşqçinin verdiyi qərardan çox məmnunam. Düzü, Mbappe buna layiq idi və biz bu məsələdə yekdilik.
O, həm DÇ-2022-də, həm də PSJ-də yaxşı oynamaqla bunu qazandı.
Mbappe həm meydanda, həm də meydandan kənarda çox yaxşı liderdir. Ona uğurlar arzulayıram. O, çox yaxşı kapitan olacaq”.
“Xoruzlar”ın keçmiş kapitanı Uqo Lloris idi. O, DÇ-2022-dən sonra milli komandadan ayrılıb.