Kərim dedi: “Mən öldüm”

13 Mart 2023 18:20 Fransa 540
Kərim dedi: “Mən öldüm”

Fransa millisinin baş məşqçisi Didiye Deşam Kərim Benzema barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, DÇ-2022-nin “kral klubu”nun hücumçusu üçün əhəmiyyəti haqda fikir bildirib:

“Dünya çempionatı onun üçün çox şeyi ifadə edirdi. Zədələndikdən sonra mənə dedi: “Mən öldüm”.

Milli komandanın həkiminin qoyduğu diaqnoz Madriddə qoyulan diaqnozla üst-üstə düşdü. Onun həmin ərəfədə məşqlərə qayıtması dekabrın 10-dan tez ola bilməzdi”.

Xatırladaq ki, Fransa millisi DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olub (3:3, penaltilər – 2:4). Turnir başlamamışdan öncə zədələnən Kərim Benzema isə milli komandasına kömək edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti