PSJ Mbappenin son dəqiqə qolu ilə qazandı – VİDEO

13 Mart 2023 00:10 Fransa 518
PSJ Mbappenin son dəqiqə qolu ilə qazandı – VİDEO

Fransa Liqa 1-də XXVII tur davam edir.

Sportinfo.az xəbər verir ki, lider PSJ səfərdə “Brest”lə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 37-ci dəqiqədə Soler açıb. Honorat 43-cü dəqiqədə bərabərlik qolunu vurub.

Matçın taleyini isə Mbappenin 90-cı dəqiqədə vurduğu qol həll edib. Fransız hücumçu Messinin ötürməsindən sonra dəqiq oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”