
PSJ Çempionlar Liqasında mübarizəni dayandırdığına görə baş məşqçisi Kristof Qaltyeni istefaya göndərməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Klub prezidenti Nasser Əl-Xəlaifi “Bavariya”ya məğlubiyyətlərdən (0:1, 0:2) sonra tələsik qərarlar qəbul etməyi planlaşdırmır.
Lakin PSJ Qaltyenin qarşısına şərt də qoyub. Komanda bu mövsüm Liqa 1-in çempionu olmasa, onunla yollar ayrılacaq. Bu halda idman direktoru Luis Kampos da klubu tərk edəcək.
Fransa çempionatının 26 turundan sonra PSJ 63 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Klub 2-ci yerdəki “Marsel”i 8 xal qabaqlayır. Qaltye 2022-ci ilin yayından PSJ-ni çalışdırır.