Hər oyundan sonra 22 min cərimə ödəyirlər - 30 yaşlı baş məşqçiyə görə

9 Mart 2023 12:20 Fransa 388
Hər oyundan sonra 22 min cərimə ödəyirlər - 30 yaşlı baş məşqçiyə görə

“Reyms” əsas komandanın baş məşqçisi Uill Stillə görə hər oyundan sonra Fransa Futbol Federasiyasına 22 min funt sterlinq cərimə ödəyir.

Sportinfo.az xəbər verir ki, buna səbəb Stillin Pro lisenziyasının olmamasıdır.

Bu isə hər turda Liqa 1 təmsilçisinə cərimə bahasına başa gəlir.

“Football Manager” kompüter oyunu sayəsində məşqçiliyə başlayan belçikalı mütəxəssis 2022-ci ilin oktyabr ayından “Reyms”ə rəhbərlik edir.

Daha öncə bu komandada köməkçi kimi çalışan 30 yaşlı (!) mütəxəssis “Reyms”i 19 oyuna çıxarıb.

Bu oyunlarda 10 qələbə qazanan komanda, 8 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Son 18 matçda isə bu komanda məğlubiyyət üzü görməyib.

“Reyms” hazırda Liqa 1-in turnir cədvəlində 40 xalla 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti