Messi "Qarabağ"ın keçmiş rəqibinə qol vurdu, PSJ qazandı – VİDEO

5 Mart 2023 10:00 Fransa 613
Messi "Qarabağ"ın keçmiş rəqibinə qol vurdu, PSJ qazandı – VİDEO

Fransa Liqa 1-də XXVI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, lider PSJ “Nant”ı qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 4:2.

Paris təmsilçisi Lionel Messi ilə hesabı açıb, Jauen Adjamın avtoqolu ilə 2 topluq üstünlük qazansa da, qələbəni əldən vermək təhlükəsi ilə üzləşib.

İnadkarlıq göstərən “Nant” bərabərliyi təmin etməyi bacarıb. Ancaq Danilo Perreyra və Kilian Mbappenin qolları parislilərə 3 xal qazandırıb.

Bu qələbə sayəsində Kristof Qaltyenin komandası zirvədəki mövqeyini bir az da möhkəmləndirib. 63 xala malik kollektiv ən yaxın izləyicisi “Marsel”dən 11 addım öndədir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi