"Qala da, gedə də bilərəm - Bura tətilə, günəş vannası qəbul etmək üçün gəlməmişəm!"

5 Mart 2023 00:10 Fransa 363
"Qala da, gedə də bilərəm - Bura tətilə, günəş vannası qəbul etmək üçün gəlməmişəm!"

“Marsel”in hücumçusu Aleksis Sançes Fransa təmsilçisi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, Liqa 1 klubuna günəş vannası qəbul etmək üçün keçmədiyini bildirib:

“Bura tətilə, günəş vannası qəbul etmək üçün gəlməmişəm! Bir mövsümdür ki, bu klubdayam.

Sonra nə olacağını bilmirəm. Qala da bilərəm, gedə də bilərəm. Lakin qalmaq və qalib gəlmək istəyirəm.

UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün komandanın dördüncü, hətta ikinci belə olmasını istəmirəm”.

“Marsel” hazırda Fransa çempionatının turnir cədvəlində 52 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti